Veb sayt
- Khub
- İndiaTürk
- Aytaş İnşaat
- Taş Dünyası
- Kale
- Residence1
- Politics
- JerseyShop
- Wearcool
- Allearn
- Hamısıburada
- Cartech
- Billcoin
Burada gördüyünüz bütün case study-lər problem, qərar, icra və nəticə formatında yazılıb. Hər birində Elvin Şərifovun imzası, real müddətlər və real komanda var.
Regional mətbuat mənzərəsi parçalı, çoxdilli auditoriya manual moderasiya tələb edirdi. Tam avtomatlaşdırılmış süni intellekt pipeline-ı qurduq — bu gün 20 ölkəyə canlı xidmət göstərir.
Aktiv işləyən marketplace — köhnə OpenCart üzərində yavaş, mobilsiz, ölçülənmir. 10 minlərlə məhsul və milyonlarla data sırasını sıfır itki ilə yeni Laravel arxitekturuna köçürdük. Mobil tətbiqi paralel çatdırdıq.
Köhnə CodeIgniter sistemi pis sənədləşdirilmiş, qırılmış funksiyalarla işləyirdi. Tam Laravel-ə miqrasiya etdik, müştərinin istəyinə uyğun yeni modullar yazdıq, işləməyən axınları düzəltdik, biznes proseslərini sıfırdan formalaşdırdıq.
Hər müştəri üçün sıfırdan ERP yazmaq qeyri-iqtisadi idi. Modullu, fərdiləşdirilə bilən öz POS / ERP məhsulu yaratdıq. Satış, anbar, mühasibatlıq, raportlama bir sistemdə. 10-larla müştəri üçün fərdiləşdirilərək canlıya çıxarıldı.
Şagird qəbulundan akademik nəticələrə, müəllim cədvəlindən maliyyə hesabatlarına qədər bütün axın bir sistemdə. Excel və parçalı taxtalar əvəzinə vahid platforma — valideyn portalı və ödəniş inteqrasiyası daxildir.
İstehsalat axını — anbar, planlama, satınalma, məhsul yığma, satış — parçalı taxtalarda idarə olunurdu. Sifariş daxil olandan məhsul çatana qədər ərazidə manual addım qalmayacaq formada bütün axını avtomatlaşdırdıq.
Çöl əməkdaşlarının iş axını parçalı sistemlərdə — hesabat, lokasiya, tapşırıq manual idarə olunurdu. Bütün bələdiyyə fəaliyyətini bir platformaya bağlayan inteqrasiya layihəsi qurduq.
Pandemiya elan olunanda mağazalar bağlandı, hazır çatdırılma infrastrukturu yox idi. 1 ay ərzində — bazarda ilk olaraq — işləyən mağazalardan birbaşa evə çatdırılma sistemini canlıya çıxardıq: web, mobil tətbiq, sürücü paneli.
Pərakəndə satışda təkrar alıcını saxlamaq çətindir, kupon kağız üzərində itir. Brend identifikasiyası, bonus, kupon və profili bir yerdə tutan tətbiqi qurduq. Mağazada QR ilə bonus toplama daxildir.
İstehsalçı tikinti ustalarına və mağazalarına birbaşa çata bilmir — aralıqda boşluq var. İkitərəfli platforma qurduq: ustalar üçün loyallıq və satış, mağazalar üçün ayrı dashboard və əməliyyat. İki istifadəçi modeli, bir sistem.
Kiçik biznes mühasibatlığı kağız sənəd və fiziki ofis ziyarətinə əsaslanırdı. Bütün xidmət axınını tam digitallaşdırdıq — faktura, vergi hesabatı, sənəd mübadiləsi telefon üzərindən.
Azərbaycanda tanınmış bilet platforması üçün veb məhsul. Tədbir kataloqu, yer seçim haritası, QR bilet, ödəniş gateway və geri qaytarma axını — hamısı bir kod bazasında.
Texnologiya icmasının üzv qeydiyyatı, tədbir yerləşdirmə və üzvlük axını üçün veb məhsul. Brend dili minimalist, kod bazası bir nəfərə dayandırılan ölçüdə.
İki ölkə arasında biznes əlaqələri, mədəniyyət xəbərləri və event kataloqu üçün çoxdilli platforma. Redaksiya iş axını və event qeydiyyatı bir sistemdə.
İnşaat şirkətinin tamamlanmış obyektləri, davam edən layihələri və xidmət siyahısı üçün veb məhsul. Brend yenilənmə daxildir.
Təbii daş satışı və quraşdırma şirkəti üçün veb məhsul: məhsul kataloqu, real layihələrin foto qalereyası və sifariş forması.
Korporativ brend üçün yenilənmiş veb məhsul. Şirkət haqqında məlumat, məhsul/xidmət, xəbər və karyera bölmələri. Çoxdilli interfeys.
Yeni yaşayış kompleksinin planları, görünüşləri, lokasiya kartı və alıcı sorğu forması üçün marketinq saytı. Vizual ön plana, sürət ikinci prioritetə.
Siyasi xəbər və analiz platforması üçün veb məhsul: məqalə, kateqoriya, axtarış, müəllif səhifəsi və e-poçt abunəliyi.
Futbol və idman komandalarının köynəklərinin satışı üçün e-mağaza. Ad/nömrə çapı fərdiləşdirməsi, kateqoriya, səbət və ödəniş bir axında.
Moda brendi üçün veb-mağaza, native mobil tətbiq və brend identity sistemi. Bir komandadan tam paket — komponent dili Figma-dan mobil və veb kodu arasında uyğunlaşdırıldı.
Onlayn təhsil platforması üçün tam paket: kurs strukturu, dərs video axını, qiymətləndirmə və sertifikatlaşdırma. Veb + native mobil tətbiq + brend.
Avtomobil texnologiyaları sahəsində məhsul və servis kataloqu üçün veb məhsul. Diaqnostika məhsulları, ehtiyat hissə, servis nöqtələri.
Fintex layihəsi üçün marketinq saytı, brend identity sistemi və dashboard prezentasiyası. Etibar və aydınlıq əsas dizayn prinsipidir.
Elektronik mağaza şəbəkəsi üçün müştəri tətbiqi. Məhsul kataloqu, axtarış, sifariş, çatdırılma izi və “mağaza tap” funksiyası.
Taxi sifariş tətbiqi: müştəri tərəfi (lokasiya, sifariş, ödəniş, tarixçə), sürücü tərəfi (sifariş qəbulu, naviqasiya, qazanc). Vahid backend, iki tətbiq.
İstehlak markası üçün mobil tətbiq və brend identity sistemi. Logo, palet, tipografiya və tətbiq UX birgə dizayn edildi.
Səyahət agentliyi üçün brend identity dizaynı: logo, palet, tipografiya, broşura və marketinq materialları.
Texniki servis sahəsində B2B şirkəti üçün brend identity, vizit kartı, prezentasiya şablonu və marketinq materialları.
İş axtarış / freelance platforması üçün brend identity və məhsul dizaynı: namizəd və işverən axınları, dashboard ekranları.
Qısa və uzunmüddətli kirayə marketplace üçün brend identity, məhsul dizaynı və dizayn sistemi.
Yenidən doğulma temalı korporativ brend üçün identity sistemi: logo, palet, tipografiya və brend bələdçisi.
Elektronik məhsul satışı brendi üçün identity və e-mağaza UI dizaynı. Məhsul kataloqu, kartoçka, ödəniş ekranları.
Mühəndislik layihələndirmə şirkəti üçün korporativ identity, sənəd şablonları və prezentasiya dizaynı.
Lifestyle, gözəllik və ya toy mövzulu brend üçün identity, palet, tipografiya və marketinq materialları.
Səhiyyə və təhsilin kəsişməsində bir platforma üçün brend identity və məhsul UI dizaynı: tibbi məsləhət, sağlam həyat tərzi məzmunu.
BYD-nin Azərbaycandakı rəsmi distribyutoru üçün sıfırdan tam IT və biznes infrastrukturu qurduq. Showroom, servis mərkəzi və ofis bir data server, bir ERP və bir çağrı axını altında işləyir…
Premium yaşayış kompleksinin satış mərhələsi başlamazdan əvvəl həm sakin təcrübəsi, həm də operatorun günlük işi üçün tam infrastruktur tələb olunurdu.
AAGRO biznes əməliyyatını bir-birinə bağlı şəkildə qura bilən rəqəmsal nüvə istəyirdi. Serverdən hostingə, mail serverdən ERP-yə, sahə kameralarından turniketə və barmaq izi sistemlərinə qədər hər şeyi sıfırdan tikdik.
YUSİKO sənaye qrupu istehsal sahəsi və ofisi bir-birinə bağlı şəkildə idarə etmək istəyirdi. IT infrastrukturundan ERP-yə, təhlükəsizlik sistemlərindən sayta və SEO-ya qədər tam komponentləri bir bütöv kimi qurduq.
Şəhər təmizliyi adi “xidmət sifarişi” deyil — hər vətəndaş şikayəti birbaşa marşrut və smenaya təsir edir. Sumqayıt Təmizlik Departamenti üçün şikayət axını, çağrı mərkəzi və operativ marşrutlaşdırmanı bir…
İri tikinti şirkəti üçün sıfırdan IT və biznes platforması qurduq. Serverdən təhlükəsizlik sistemlərinə, ERP-dən çağrı mərkəzinə, saytdan SEO-ya qədər hər komponent bir-birinə bağlı şəkildə canlıya çıxdı.
Stellar.az köhnə saytdan miras qalan parçalı naviqasiya ilə işləyirdi. Saytı baştan-başa yenidən tikdik və Azərbaycan üzrə SEO ilə hədəf açar sözlərdə Top 10-a daxil etdik.
Açıq hava reklam agentliyi üçün portfeli və xidmət strukturunu birgə yenidən tikdik, yerli SEO ilə sorğu axınını formalaşdırdıq. Sayt artıq broşür deyil, müştəri sorğusunun başladığı yerdir.
Ofis avadanlığı kataloqu üçün veb arxitekturasını və texniki SEO bazasını yenidən tikdik. Məhsul səhifələri Azərbaycan üzrə hədəf sorğularda ardıcıl mövqe aldı; orqanik trafik 4× artdı.
Tiens-in qlobal kommunikasiya tonu var, lakin yerli auditoriya üçün məhsul və xidmət axtarışı tamamilə fərqlidir. Azərbaycan üzrə rəsmi səhifəni, məhsul kataloqunu və SEO bazasını sıfırdan tikdik.
Marketinq agentliyinin sayt strukturu özü ən yaxşı keys olmalıdır. SMMA.az üçün hər səhifəni bir lead niyyəti ətrafında qurduq və yerli SEO ilə dəstəklədik.
Bio-məhsul kateqoriyasında istifadəçi inanılan brend axtarır. Bioproduct.az üçün loqonu, brend identifikasiyasını, saytı, SEO-nu və SMM tonunu sıfırdan və bir bütöv kimi qurduq.
Onlayn media markaları üçün ən böyük çətinlik brend kimliyi ilə redaksiya sürəti arasında balansdır. Mag.az üçün loqonu, brend identifikasiyasını, redaksiya saytını, SEO və SMM axınını birgə qurduq.
B2B müştərisi konkret modelə sürətli çatma istəyir; satış komandası isə kontekstli lid axtarır. Ctoffice.az üçün kataloq strukturunu və SEO bazasını bu iki tələbin kəsişməsi üzərində qurduq.
Vitamin və qida əlavələri tənzimlənən və həssas kateqoriyadır — istifadəçi tərkibə, mənşəyə və mütəxəssis tövsiyəsinə inanmaq istəyir. Biovitamin.az üçün loqonu, brend identifikasiyasını, saytı, SEO-nu və SMM tonunu sıfırdan…
Çoxobyektli tikinti şirkəti üçün sıfırdan IT və biznes platforması qurduq. Data serverdən təhlükəsizlik sistemlərinə, ERP-dən çağrı mərkəzinə, unified network-dən sayta və SEO-ya qədər — hər komponent bir-birinə bağlı…
TECHART üçün sıfırdan brend identifikasiyası: barmaq izi əsaslı logo, ağ-qara tipoqrafik sistem, biznes kart, blank, zərf, marketinq dəsti və biznes kommunikasiyaları üçün vahid vizual dil.
Beyazflora sirop, kapsul, damcı, çay, sprey və saşedən ibarət bitki məhsulları seriyasıdır. Onlar üçün loqo, vizual sistem, biznes kart və sektor-spesifik qablaşdırma rəng kodlaması işlədik.
Narmood Cafe və Narmood Restoran üçün vahid identifikasiya: nar motivi əsaslı loqo, fasad vivisası, daxili tabela ailəsi və menu sistemi.
1969-cu ildən gələn Bərdə süd markası üçün çatdırılma maşınlarının vahid livriyasını və marketinq dəstini hazırladıq. "Kimsə yox ikən biz var idik" şüarı sistemin əsas vurğusudur.
NICOS for Men kişi qulluğu seriyası üçün avtomobil livriyaları və açıq hava reklamı: Rəfael Ağayev (karate üzrə 4 dəfə dünya, 11 dəfə Avropa çempionu) endorsmenti ilə "Mənim seçimim!" kampaniyası.
Şişli Cafe & Restaurant üçün loqo, fasad vivisası və xarici dekorativ panelləri hazırladıq. Brendin estetikası Türk dekorativ motivləri üzərində qurulub.
ALPHA Healthy Life altında "Glow-N-Shine" Marine Collagen kapsul xəttinin etiket sistemini hazırladıq: Brain, Hair, Skin, Bone üzrə dörd kateqoriya, ikidilli (Azərbaycan + Rus) etiket.
Procter & Gamble portfelinin Azərbaycan və qonşu bazarlarda retail həyatı: Oral-B (Neftçi PFK və Sumqayıt FK partnyorluğu), Gillette Venus və Sensor 3+, Pampers, Always, Ariel, Pantene, Fairy, Head & Shoulders, Herbal…
Azərbaycanda təhsil alan beynəlxalq tələbələr üçün biznes case yarışması. Vizual sistem, müraciət plakatları, sosial media seriyası və mükafat fondu cədvəlləri.
Yuxarıdakı 52 detallı case study-yə əlavə olaraq portfolio 14 il ərzində 50+ vebsayt (iTicket.az daxil), 30+ brendinq layihəsi və onlarca mobil/dizayn iş əhatə edir. Müzakirə üçün: salam@qaynaq.com.