Qaynaq STUDIO ’26 / BAKU
S.02 · Veb sayt

Lighthouse 95+, üç dilli, müştərinin özü redaktə edə biləcəyi məzmun layeri. 4–8 həftəyə.

Müddət
4–8 həftə
01

Nə alırsınız

  1. 01

    Tam responsiv sayt (AZ + EN minimum)

    320, 768, 1024, 1440, 1920 ekran ölçülərində test edilmiş. Hər ölçüdə tipoqrafiya kompozisiyası ayrıca düzəldilir — sadəcə "mobile-friendly" kifayət deyil.

  2. 02

    Lighthouse 95+ üzrə bütün metriklər

    Performans, accessibility, SEO, best practices. CI/CD-də avtomat yoxlama, hər deploy-da rəqəmlər keçməlidir. "Sonra düzəldərik" yox — saytı təhvil verəndə artıq yaxşıdır.

  3. 03

    JSON-LD, sitemap, hreflang

    SEO foundation: Organization JSON-LD, Article JSON-LD case study üçün, hreflang annotasiyaları üç dil arasında, robots.txt + sitemap.xml. Keçid linklərində locale switcher səhifə tipinə uyğun düzgün çevirir.

  4. 04

    Müştəri özünün redaktə edə biləcəyi MDX/CMS layeri

    Məzmun MDX faylları kimi git-də saxlanılır. Komandanız markdown bilirsə, redaktə edə bilir. Əgər lazımdırsa, daha sadə UI üçün TinaCMS və ya Sanity quraşdırırıq.

02

Necə yanaşırıq

1. Məzmun ilk, dizayn ikinci

İlk iki həftə məzmun yazılır — sayt strukturu, hər səhifədə nə yazılacaq, hansı dildə. Boş Lorem Ipsum şablonu üzərində dizayn etmirik. Bu, AZ bazarında ən sıx görünən səhvdir: dizayn göstərilir, sonra məzmun "sıxılır". Biz tərsinə işləyirik.

2. Strukturlu vizual istiqamət

Üçüncü həftə vizual yöndür. Brend identity-niz varsa, ondan istifadə edirik; yoxsa, paralel olaraq brend layihəsi açırıq. Sayt-üçün-spesifik tipografiya kompozisiyası, layout sistemi, animasiya prinsipləri.

3. Frontend mühəndisliyi

Astro və ya Next.js — layihənin tələbinə görə. Performans büdcəsi sözdə deyil — JS < 80KB landing üçün, < 120KB case study üçün. Hər PR-da Lighthouse CI işləyir. Animasiya yalnız compositor-friendly: transform, opacity, clip-path.

4. Lansman və sənədləşdirmə

Lansım həftəsində: deploy pipeline, monitorinq, brendli email şablonları, analitika (Plausible — privacy-first, GA4 yox). Komandanıza 2 saatlıq handover sessiyası verilir, video yazılır, sənədləşdirmə git-də qalır.

03

Bu xidmətdən nə vaxt yararlanmayın

  • WordPress saytınız var və yalnız tema dəyişdirmək istəyirsiniz — biz sıfırdan modern stack-də qururuq, tema satıcısı deyilik.
  • Bir-iki həftə ərzində lazımdır — bu, 4–8 həftəlik iş. Kompromis tələb olunsa, scope kəsilir, müddət yox.
  • Saytın esas məqsədi yalnız Google Maps üzərindən tapılmaqdırsa — bu, GMB optimizasiyası işidir, sayt yox.

Sayt qurmaq üçün artıq mövqeyiniz aydınsa, başlayaq. Qısa təsvir göndərin — büdcə, müddət, problem.

salam@qaynaq.com