Qaynaq STUDIO ’26 / BAKU
S.05 · IT audit

Texniki, SEO, təhlükəsizlik, əlçatanlıq — hər tapıntı mənbə sətri ilə. 5 iş gününə.

Müddət
5 iş günü
01

Nə alırsınız

  1. 01

    12–18 səhifəlik PDF hesabat

    Brendli, oxunaqlı, dağılmış. Hər tapıntı bir səhifə deyil — vacib olan tapıntılar səhifə alır, kiçik problemlər siyahı kimi qruplaşır. Tapıntı sayı ilə yox, tapıntının iş təsirinə görə hesabat qurulur.

  2. 02

    Triage / foundation / strateji bölünmə

    Phase 1 — "həftəyə": kritik təhlükəsizlik və işləməyən şeylər. Phase 2 — "6 həftəyə": foundation problems. Phase 3 — "3 aya": strateji yenidənqurma. Komandanız bu bölünməni açıb növbəti spirintə nəyi qoyacağını dərhal görür.

  3. 03

    Elvin Şərifov tərəfindən redaktə edilmiş izah

    AI hesabat sintez edir, lakin son redaktə insandadır. Hər tapıntının arxasında niyə vacibdir — sadə dildə, biznes dilində izah olunur. Texniki dildə deyil — qərar verən üçün oxunaqlı.

  4. 04

    30 dəq dərin müzakirə görüşü

    Hesabat təhvilindən sonra: Elvin sizinlə oturub hər tapıntını izah edir, sualınıza cavab verir. Bu, hesabatın bir hissəsidir — ayrıca xidmət deyil.

02

Necə yanaşırıq

1. Avtomat fetcher və ölçü

Sayt Playwright stealth ilə yüklənir, Lighthouse + axe-core ilə ölçülür, header və robots.txt analiz edilir, köhnəlmiş kitabxana skanı. Bütün metrik və data nöqtəsi avtomat toplanır.

2. AI ilkin sintez

Toplanan data Claude API-yə verilir, sintez yapır. Hər tapıntı üçün: nə tapdı, harada (sətir, başlıq, fayl), niyə vacibdir, necə düzəldilir. Bu mərhələ saatlardansa dəqiqələrlə ölçülür.

3. İnsan redaktə

Elvin AI hesabatını oxuyur, hər tapıntını yoxlayır, biznes əhəmiyyətini düzəldir, AI-ın görmədiyini əlavə edir. AI "hallüsinasiya" potensialı bu addımda öldürülür — hər tapıntı mənbə ilə yoxlanır.

4. Sənədləşdirmə və müzakirə

Brendli PDF hazırlanır, müştəriyə göndərilir. 30 dəqiqəlik canlı sessiya əlavə edilir, hesabat bərabər oxunur, suallar cavablanır.

03

Bu xidmətdən nə vaxt yararlanmayın

  • Yalnız Lighthouse skoru lazımdır — bunu özünüz pulsuz çıxara bilərsiniz, biz hesabat ətrafında düşünmə əlavə edirik.
  • Saytı təzəcə qurursunuz — audit mövcud sayt üçündür. Yeni sayt qurarkən performans büdcəsi əvvəlcədən düşünülməlidir.
  • Hesabat şirkət daxili "tikan" üçündür və əslində oxunmayacaq — biz oxunan hesabat hazırlayırıq, divara asmaq üçün yox.

Saytın hazırkı vəziyyətini öyrənmək istəyirsiniz? Pulsuz audit ilə başlayın, lazım olarsa paid versiya gəlir.

salam@qaynaq.com